07 fevral 2022 18:07
864

“Omikron” pnevmoniyaya səbəb olur?

Koronavirusun “Omikron” ştamı “Delta” variantından daha yüngül pnevmoniyaya səbəb olur.

Bu barədə TASS “NHK” telekanalına istinadən xəbər verir.

Tokio Universitetinin Elmi Tibb Tədqiqat Mərkəzinin alimləri bunun üçün xüsusi araşdırma aparıblar. Onlar siçanları “Omikron” ilə yoluxdurublar. Təcrübə göstərib ki, onların ağciyərlərinin zədələnmə dərəcəsi azdır.

Eyni zamanda, yapon mütəxəssisləri vurğulayırlar ki, gəmiricilər arasında ölüm halları COVID-19-un bu ştamı ilə yoluxduqda da qeydə alınıb. Bununla əlaqədar olaraq alimlər ehtiyatlı olmağa çağırıb və yaşlıların, eləcə də xroniki xəstəlikləri olan insanların hələ də yüksək risk altında olduğunu xatırladırlar.

Nubar Süleymanova, “İki sahil”