08 fevral 2022 17:30
1191

 Qeyri-adi vergilər nə üçün tətbiq edilir? - FOTO

Bütün ölkələrdə  müxtəlif vergilər  tətbiq olunur. Bu yazıda müxtəlif ölkələrdə tətbiq olunan qeyri-adi vergilər haqqında məlumat verəcəyik.

Avstraliya

Avstraliyada spirtli içki içmək istəyirsinizsə, onda əliniz cibinizdə olsun. Çünki burada aldığınız spirtli içkinin növündən asılı olaraq ödəməli olduğunuz vergilər də fərqli olacaq. Belə ki, spirtli içki nə qədər tünd olsa, ödəyəcəyiniz vergi də bir o qədər yüksək olacaq. Təkcə pivə sevənlər üçün  16 fərqli vergi növü var.

İtaliya

İtaliyanın Venesiya şəhərində 1993-cü ildən “kölgə vergisi” alınır. Bu vergi küçə kənarında yerləşən mağaza və kafelərə aid çardaq və zontlara görə yığılır. Qanuna görə, onların kölgəsi kommunal mülkiyyətin üzərinə-səkiyə düşdüyü üçün vergi ödənməlidir.

Avstriya

Avstriyada turizm obyektlərində dağdan enən hər bir xizəkçi enmə zamanı “gips vergisini” ödəyir. Vəsait Avstriya klinikalarına köçürülür. Statistikaya görə, hər il Alp dağlarında 150 min xizəkçi zədələnir. Onların müalicəsinə isə ildə 1 milyard şillinq pul xərclənir.

Belçika

Belçikada “Qırmızı fənərlər” məhəlləsindəki vitrinli mağazaların qabağında duran fahişələrə görə mağaza sahibləri hökümətə “seks vergisini” ödəyirlər. Seks vergisi ildə büdcəyə 4 milyon frank gəlir gətirir.

İsveç

İsveçlilər dünyada yeganə xalqdırlar ki, uşağa verilən qəribə adlara görə hələ də vergi ödəyirlər. Dəfələrlə əhalinin etirazına baxmayaraq İsveç hökuməti vergini ləğv etməkdən boyun qaçırır. Qanuna görə, uşağa verilən qəribə adlar insanlarda diskomfort  hissi yaratdığı üçün vergi təyin edilə bilər.

İrlandiya və Danimarka

XXI əsrdə tətbiq edilən ən qəribə vergi bir sıra Avropa ölkələrində, xüsusən İrlandiya və Danimarkada fermerlərdən alınan “qaz vergisidir”. Danimarka vergi komissiyasının hesablamalarına görə, ildə hər bir avtomobil havaya atmosferdə “parnik effekti” yaradan 2,7 ton metan qazı buraxır. Fermerlərin saxladıqları inəklərin defakasiya zamanı buraxdığı  qazın həcmi isə hər inək üçün 4 ton civarındadır. Atmosferi avtomobildən daha çox çirkləndirdikləri üçün inəklərin sahibləri bu vergini ödəməlidirlər.

Macarıstan

Macarıstanda bir qəlyanaltı etmək istəyirsinizsə, çips almaqdansa bir alma almağınız daha məsləhətlidir.  Əks təqdirdə, rəsmi olaraq qeyri- sağlam olmayan qidalara görə vergi ödəməli olacaqsınız. “Boston Globe”nın paylaşdığı məlumatlara görə, bu vergi əsasən  duzu və şəkəri yüksək olan qablaşdırılmış qəlyanaltılardan, qazlı  və enerji içkilərindən alınır. Demək olar ki, bu vergiyə əsasən qeyri-sağlam qidaların qiymətinə təxminən 20 sent əlavə edir.

Macarıstan Milli Qidalanma İnstitutu və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılan  bir araşdırmada göstərilib ki, bu vergi ictimai sağlamlıq baxımından yararsız olan qidaların istehlakını azaltmaq və sağlam qidalanmanın təşviqi  üçün tətbiq edilmişdir. Araşdırma nəticəsində məlum olub ki, alış -veriş edənlərin 59-73% -i vergiyə cəlb olunan bu qidaların  istehlakını azaldıb.

Meksika

Meksikada qidalanarkən  kalorilərinizə diqqət etsəniz yaxşı olar. Çünki əks halda vergi ödəməli olacaqsınız. 2014 -cü ildə Meksika  hökuməti hər  100 qrama miqdarı   275 kaloridən çox olmayan və onların  düşüncələrinə görə, insanlar üçün zərərli olan qidalardan, yəni,  qəlyanaltılar, desertlər və bu kimi məhsullardan 8% vergi almağa başladı. “PLOS Medicine” jurnalında nəşr olunan bir araşdırma  cips, keks və digər yüksək kalorili qidalara vergi əlavə edildikdən sonra istehlakının  azaldığını göstərdi.

Meksika və Macarıstan, lazımsız qidaları tətbiq edərək piylənmənin qarşısını almağa çalışan yeganə ölkələr deyil.

Hindistan

Hindistanın Kerala əyaləti  restoranlarda satılan hər  pizza, hamburger, sendviçlərə görə "yağ vergisi" tətbiq edir. BBC-nin verdiyi  məlumata  görə, bu vergi 14,5%  insanları fast-fooddan imtina etməyə və daha sağlam həyat tərzinə üstünlük verməyə məcbur etmək məqsədi daşıyır.

Burada əylənərək  həyatlarına rəng qatmaq istəyən insanlar bunun üçün mütləq vergi ödəməli olacaqlar.  Bəli, idman tədbirləri, kinoteatrlar, teatrlar, sərgilər və əyləncə parkları üçün xüsusi vergi ödəməlisiniz. Vergi ştata görə  dəyişir. Məşhur” PwC konsaltinq” şirkətinin verdiyi məlumata  görə, Hindistan hökuməti  bu  vergini 2017 -ci ildən  tətbiq edib və hal-hazırda əyləncə növündən asılı olaraq  o 5% -dən 28% -ə qədər dəyişir.

Banqladeş

Uşağınızın Banqladeşdə ingilis dili məktəbinə getməsini istəyirsinizsə, onda buna görə mütləq vergi ödəməli olacaqsınız.  Belə məktəblərdə oxuyan şagirdlər təkcə bu özəl məktəblər üçün təhsil haqlarından başqa həm də ingilis dili üçün təhsil haqqının 15%-i məbləğində əlavə dəyər vergisi (ƏDV) ödəməlidirlər. Qeyd edək ki, digər məktəblər bu vergidən azaddır.

Samirə Tağıyeva, “İki sahil”