08 fevral 2022 22:31
602

Körpəsi oyanan aparıcı verilişə onunla qatıldı - VİDEO

Hava proqnozunu təqdim etmək üçün verilişə körpə qızı ilə çıxan aparıcı sosial şəbəkələrdə məşhurlaşıb.

“İki sahil” xəbər verir ki, WDJT-TV meteoroloqu Rebekka Şuld verilişə uşaqla çıxmağı planlaşdırmayıb. Həmin vaxt o, koronavirus məhdudiyyətlərinə görə, evdə olub, proqrama da evdən qatılıb.

"Növbəti hava hesabatına qədər bir neçə dəqiqə qalmış körpəm oyandı", - deyə Şuld olanları danışıb. Bu səbəbdən o, uşaqla birlikdə verilişi aparmaq qərarına gəlib. Sinoptik 13 həftəlik qızı Fionanın yuxusunu tam aldığı üçün özünü yaxşı aparacağına əmin olduğunu vurğulayıb.

"Düşündüm ki, o, mənə bugünkü olduqca xoşagəlməz olacaq hava haqqında danışmağa kömək edəcək", -  deyə sinoptik bildirib.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.