09 fevral 2022 17:00
873

İflic olan xəstə elektrik implantı sayəsində yeridi - FOTO

İsveçrə alimləri həyata keçirdikləri elektrik implantı sayəsində iflic xəstəsi günlər sonra yeriməyi bacarıb.

İsveçrənin Lozanna şəhərində yerləşən İsveçrə Federal Texnologiya İnstitutunun (EPFL) alimləri Gregoire Courtine və Jocelyne Bloch tərəfindən  ilk dəfə 2018-ci ildə həyata keçirilən sistemi daha da təkmilləşdirərək iflic xəstələrinə ayaq üstə durmaq, yerimək, üzmək hətta  velosipedə minmək kimi imkanları yaratdı. Tədqiqat qrupu, Gregoire və Bloch sistemini süni intellekt proqramla idarə olunan daha mürəkkəb elektrik implantlar ilə təkmilləşdirərək, iflic xəstəsi Mişel Rokkatiyə sərbəst gəzmə imkan verib.

Yeni elmi araşdırma haqqında mətbuata açıqlama verən tədqiqat  qrupu “Bu implantlar gövdə və ayaq əzələlərini aktivləşdirən onurğa beynini stimullaşdıra bilər. Bu yeni texnologiya sayəsində iflic olan  daha üç xəstə yenidən laboratoriyadan kənarda gəzə bilib. Bizim yeni, yumşaq implantlar fəqərələrin altına, birbaşa onurğa beyninə yerləşdirilmək üçün nəzərdə tutulub. Onlar xüsusi əzələ qruplarını tənzimləyən neyronları modulyasiya edə bilirlər” deyə bildiriblər.

Vüsal Cahanov, “İki sahil”