Fevralın 9-da Masallı Regional Mədəniyyət İdarəsi Yardımlı rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının ildönümü ilə əlaqədar "XX əsrin faciəsi" adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin kollektivi və rayonun Ostayir kənd tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
İlk olaraq, dəhşətli faciənin qurbanları bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açıq elan edən Mərkəzin direktoru vəzifəsini icra edən Zeynəb Məmmədzadə əvvəlcə tədbirin mövzusu barədə qısa məlumat verib. Sonra söz məruzə üçün Mərkəzin əməkdaşı Elşən Abışova verilib. O, çıxışında faciənin başvermə səbəbləri və ermənilərin uzun tarixi dövr ərzində ölkəmizə qarşı olan ərazi iddiaları barədə danışıb, eyni zamanda erməni cinayətkarları tərəfindən etnik azərbaycanlı əhaliyə qarşı dəhşətli cinayət aktlarının törədilməsi və Xocalı şəhərinin müdafiəsində qəhrəmanlıq göstərərək minlərlə soydaşımızı əsirlikdən xilas etmiş Milli Qəhrəmanlarımız barədə bir sıra tarixi faktları məktəblilərin nəzərinə çatdırıb.
Çıxışlardan sonra tədbir iştirakçıları "Xocalı - 30!" və "Şuşa - 270!" adlı sərgilərə baxış keçirib, həmçinin dahi şəxsiyyət Heydər Əliyevin zəngin irsini ehtiva edən eksponatlarla tanış olublar.
Əlihüseyn Şükürov
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib