İlon Mask dünya mediasında neqativ xəbərlərin bolluğundan gileylənib.
“İki sahil” xəbər verir ki, dünyanın ən varlı adamı "Twitter"dəki paylaşımında belə xəbərlərin onu qəzəbləndirdiyini və kədərləndirdiyini bildirib.
"Tesla" və "SpaceX" şirkətlərinin sahibi qeyd edib ki, jurnalistlər pis xəbərlərin daha populyar olması səbəbindən onlara üstünlük verirlər. Lakin belə vəziyyət planetdə baş verənlər barədə dəqiq təsəvvür yaratmağa imkan vermir.
"Axı biz heç də hər şeyin pis olmadığı böyük bir planetdə yaşayırıq", - deyə Mask vurğulayıb.
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər