10 fevral 2022 00:43
966

Kredit kartları ilə bağlı maraqlı faktlar

Bu gün dünya əhalisinin yarısının kreditlə yaşaması aşkar faktdır. Tələbə kreditləri, avtomobil kreditləri, ev kreditləri və s. Demək olar ki, hər bir ailənin kredit borcu var və çoxları bununla da dayanmır, yeni kreditlər üçün banka gedirlər. Aşağıda kredit kartları haqqında çoxlarına məlum olmayan faktlardan danışacağıq.

İlk kredit kartları kağızdan hazırlanmışdı və limiti 300 dollar idi. Bu gün bütün kredit kartları eyni ölçüdədir (85,60 mm x 53,98 mm).

Kredit kartlarının məhdud son istifadə tarixinə malik olması və sonra dəyişdirilməli olmasının səbəbi kredit kartlarındakı maqnit zolağının istifadə zamanı köhnəlməsidir. Bir qayda olaraq, kredit kartları 3 ildən 4 ilə qədər müddətə verilir.

“Visa” Beynəlxalq Xidmət Assosiasiyasının abreviaturasıdır. Bu, rekursiv akronim kimi tanınır. VISA loqosunda mavi səmanı, qızılı rəng isə Amerika Bankının qurulduğu Kaliforniyadakı təpələri təmsil edir (VISA əvvəllər Bank of America-ya məxsus idi).

Statistikaya görə, ötən il Amerikada hər yetkin insan üçün orta kredit kartı borcu təxminən 5000 ABŞ dollar təşkil edib. Maraqlıdır ki, qadınlar kişilərə nisbətən kredit kartı ilə daha minimum məbləğləri ödəyir və kartda müsbət balans saxlayırlar.

Kredit kartları bank sektorunun ən gəlirli sahəsidir, ildə 30 milyard dollardan çox qazanc gətirirlər.

Bank tərəfindən buraxılan ilk kredit kartının ixtiraçısı ABŞ-ın Nyu-York şəhərindəki “Flatbush” Milli Bankının bankiri Con Briqqs olub. 1946-cı ildə təqdim edilən kart "Charge-It" adlanırdı. Şərtlər ondan ibarət idi ki, istifadəçinin həmin bankda hesabı olmalı idi və alış-veriş yalnız yerli olaraq bir məntəqədə həyata keçirilə bilərdi. Texniki nöqteyi-nəzərdən o, faktiki olaraq borc kartı idi, çünki hesab hər ayın sonunda tam ödənilməli idi.

Nubar Süleymanova, “İki sahil”