Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) Skorskinin texnologiyası ilə təchiz edilmiş UH-60 Alpha Black Hawk adlı helikopteri ilk dəfə olaraq havaya pilotsuz uçub.
Sikorsky və DARPA-nın “Kokpit Automation System” adlı birgə proqramında helikopterlərin pilotsuz uçması üçün ilk sınaqlar həyata keçirilib.
İlk dəfə pilotsuz uçdu
Sikorsky-nin innovasiya direktoru İqor Çerepinski mətbuata bildirib ki, UH-60 Alpha Black Hawk helikopteri fevralın 5-i və 7-də iki pilotsuz uçuş həyata keçirib. O, daha sonra mövzu ilə bağlı bunları əlavə edib: "Helikopterdə 210 Switch adlı açar var. Adamların sayı buraya daxil edilir. Helikopter Kentukkidəki Fort Campbell üzərindən 30 dəqiqə pilotsuz uçdu."
Havaya qalxma prosesini özü tamamladı
Çerepinski bildirib ki, helikopter uçuşdan əvvəl yoxlanışı və qalxma prosesini özü başa vurub. Onun sözlərinə görə, helikopter Manhettendən keçən simulyasiya edilmiş göydələnlərə tamamilə təkbaşına cavab verib. Daha sonra özü yerə enib. DARPA və Skorsky-nin 160 milyon dollar dəyərində olan layihəsi ilin sonuna kimi tamamlanması gözlənilir.
Yeni dizaynlara imkan yaradır
Sikorsky-nin sahibi Lockheed Martinə görə ALIAS texnologiyası daha çox missiya çevikliyi təmin edir, təhlükəsizliyi artırır və son istifadəçilərə hazırkı və gələcək döyüş meydanlarında helikopterləri necə idarə edəcəklərini yenidən dizayn etməyə imkan verir.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər