Çexiyada idarəetmədən çıxan avtomobil yolun kənarında gedən qadını vurub.
“İki sahil” xəbər verir ki, kəllə-beyin travması alan qadının həyati təhlükəsinin olduğu, sürücünün isə yüngül xəsarət aldığı bildirilib.
Çexiyanın paytaxtı Praqanın Dolni Mecholupy rayonunda maraqlı qəza baş verib. Sürətlə gələn avtomobilin sürücüsü idarəetməni itirərək beton maneələrə, daha sonra isə yol kənarında gedən 49 yaşlı qadına çırpılıb. Qadını vuran avtomobil bundan sonra digər avtomobilə və binanın divarına çırpılaraq dayana bilib. Qəzadan sonra uzun müddət yerdə qalan qadın ətrafdakıların çağırdığı təcili yardımla xəstəxanaya aparılıb. Daha sonra xilasetmə qrupları və təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib.
Polis sözçüsü Riçard Hrdina açıqlamasında “Hadisə Dolnomecholupska küçəsində baş verib. Görüntüləri araşdırırıq. Əslində bunun necə baş verdiyi aydındır. Sürücü sərxoş olmayıb. Son araşdırmalarımızdan sonra hesabatımızı hazırlayacağıq” deyib.
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər