10 fevral 2022 21:28
551

İşdə və eşqdə qazanır - 5 milyonluq müqavilə

25 fevralda musiqiçi Emir Ersoyla evlənməyə hazırlaşan aktrisa Gökçe Bahadırın bu aralar bəxti gətirib.

“İki sahil” xəbər verir ki, onun eşq həyatına olduğu kimi, maddi vəziyyətində də üzü gülür. Belə ki, sənətçi məşhur zərgərlik brendlərindən birinin siması seçilib. Onun buradan qazancı isə 5 milyon lirə olacaq.

Qeyd edək ki, Gökçe "Netflix"dəki "Kulüp", FOX TV-dəki "Evlilik hakkında her şey" serialı ilə gündəmdədir.