Meksikanın şimalında Sarıbaş adlı quş sürüsünün yerə çırpılması nəticəsində onlarla quş tələf olub.
Bu qəribə hadisə Meksikanın Kuautemok şəhərində baş verib. Sürüdəki 100-ə yaxın quş tələf olarkən, digər quşların yenidən havaya qalxması görülüb. Sürünün yerə çırpıldığı anlar ətrafdakı təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb. Quş sürüsünün bu davranışına nəyin səbəb olduğu hələ müəyyən edilməyib.
Küçədə və evlərinin qarşısında onlarla ölü quş olduğunu görən yerli sakinlər hadisə barədə polisə məlumat veriblər. Səlahiyyətli şəxslər hadisənin səbəbini araşdırmaq üçün zootexnik, baytardan kömək istəyib.
Mütəxəssislər köçəri quşların yaxınlıqdakı qızdırıcıdan çıxan zəhərli qazları udması və ya qonduqları elektrik xəttinin həddindən artıq yüklənməsi nəticəsində belə bir hərəkət edə biləcəyini bildiriblər. Bu quşlar yay aylarını Kanadanın şimalında keçirir, qışda isə Meksikaya köç edirlər.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər