10 fevral 2016 01:26
593

Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb

Pakistan ordusunun yaydığı məlumata görə, fevralın 9-da axşam saatlarında ölkənin şərqindəki Pəncab əyalətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb, nəticədə iki pilot həlak olub.

İlkin məlumata görə, qəza texniki nasazlıq səbəbindən baş verib.

Hadisə yerinə polislər gəlib və təhqiqat aparılması üçün qəza yeri mühasirəyə alınıb.