Alim Qenzbittel: 30 ildən sonra bəşəriyyətin zülala iki dəfə çox ehtiyacı olacaq
Skolkovo Elm və Texnologiya İnstitutunun (Skoltex) professoru Loran Qenzbittel bildirir ki, 2050-ci ilə qədər dünya əhalisinin sayı 9 milyarda çatacaq, bu qədər insanı qidalandırmaq üçün iki dəfə çox protein tələb olunacaq.
Bu barədə “RİA Novosti”yə Rəqəmsal Kənd Təsərrüfatı Laboratoriyasının rəhbəri Loran Qenzbittel məlumat verib.
Zülal çatışmazlığı gələcəyin problemidir, elm adamları bunun üzərində davamlı çalışırlar. Onlar həşəratlar əsasında və ya bitkilərin məhsuldarlığını artırmaqla protein qidası almağa çalışırlar.
"2050-ci ilə qədər bəşəriyyət zülal istehsalını iki dəfə artırmalı olacaq. Proqnozlara görə, 2050-ci ilə qədər insanların sayı 9 milyarda çatacaq və qida üçün daha çox protein tələb olunacaq", - deyə Qenzbittel bildirib.
Professor bildirib ki, Avropada insanlar ənənəvi olaraq zülalı buğda və mərcimək yeməklə alırlar. Ancaq Cənubi Asiya və ya Afrika kimi digər bölgələrdə insanlar daha çox düyü və noxud yeyirlər. Bu bölgələrdə zülalın əsas mənbəyi düyü və noxuddur.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər