Hollivud ulduzu Jan-Klod Van Dammın oğlu Kristofer Van Damm azərbaycanlı həyat yoldaşının Sevgililər Gününü təbrik edib.
“İki sahil” xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında paylaşım edib.
Kristofer yeni ailə həyatı qurduğu azərbaycanlı musiqiçi Suada Hacızadənin fotosunu paylaşaraq qısa şərh əlavə edib:
“Səninlə hər yeni günə səbirsizlənirəm. Mən səni sevirəm”.
Qeyd edək ki, cütlük ötən ilin iyununda Azərbaycanın Türkiyədəki baş konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub.
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər