Virusoloq Şelenkov bütün COVID xəstəliyi keçirənlərə sonradan qanın qatılaşması analizindən keçməyi tövsiyə edib.
“İki sahil” xəbər verir ki, o, COVID-dən sonra koaquloqramma, tromboelastoqramma və hemostaz analizlərinin verilməli olduğunu bildirib.
“Koronavirusun əks təsirlərindən biri də qanın qatılaşmasının pozulmasıdır. Ona görə bu 3 testdən COVID-dən sağaldıqdan sonra keçmək lazımdır. Əgər bu analizlərdə problem aşkarlanarsa, vaxtında qarşısını almaq olar”.
Eləcə də qanın ümumi analizi mütləqdir. Kliniki analiz orqanizmdə iltihabın tam keçib keçmədiyini göstərəcək.
Bir çox COVID xəstələrində herpes virusu aktivləşir.
Bu da orqanizmi kəskin yorur.
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər