Rusiya 2022-2023-cü illərdə Yerin ionosferini öyrənmək üçün kosmosa dörd peyk göndərəcək.
“Roskosmos”un “YouTube”da yayılmış videosundan belə çıxır ki, yerin ionosferinin tədqiqi üçün dörd ədəd kiçik rus peyki olan “İonosfera”nın buraxılması 2022-2023-cü illərdə planlaşdırılır.
İlk İonosfera cütünün buraxılışı 2021-ci ildən 2022-ci ilə təxirə salınıb.
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun direktoru Anatoli Petrukoviç “RİA Novosti”yə bildirib ki, “İonosfera” peykləri Yerin ionosferinin dinamikasını, Yerə yaxın maqnit və elektrik sahələrini, həmçinin təxminən 800 kilometr yüksəklikdə proton və elektron axınını ölçəcək.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər