Amerikalı qadın dünyada QİÇS-ə səbəb olan HİV virusundan tamamilə sağalmış üçüncü şəxs olub. Belə ki, amerikalı alimlər QİÇS-in müalicəsində yeni kök hüceyrə nəqli üsulundan istifadə etdiklərini açıqlayıblar. Onlar daha əlçatan olduğu üçün QİÇS-li qadının sümük iliyindəki kök hüceyrələrdən yeni inkişaf etdirilən bir müalicə üsulu olan göbək qanı üsulu üçün istifadə ediblər.
Qeyd edək ki, göbək qanında olan kök hüceyrələrinin sümük iliyi hüceyrələrində olduğu kimi tam uyğunlaşdırılmasına ehtiyac yoxdur. Bu o deməkdir ki, müxtəlif irqlərdən olan insanların sağalması əvvəlkindən daha çox mümkündür. Alimlərin fikrincə, bu kəşf həm HİV, həm də xərçəng xəstələrinin müalicəsində istifadə edilə bilər.
“The New York Times” nəşri həm xərçəng, həm də leykoz xəstəsi olan qadının xərçəngdən sağalması üçün göbək qanı müalicəsindən keçdiyini açıqlayıb. Göbək qanı oxşar irqi və etnik mənşəli donordan deyil, qismən uyğun gələn donordan alınıb. Bundan əlavə, yaxın qohumundan qan götürülüb.
Tədqiqatçıların fikrincə, yeni üsulun cinsi və irqi mənşəyi HİV müalicəsi üçün əsaslı kəşfdir. Elm adamları bu təcrübəni hər il bir çox insan üzərində sınaqdan keçirərək yeni müalicənin aktuallığını genişləndirəcəyinə ümid edirlər.
İndiyədək iki nəfər sağalmışdı
Dünyada HİV-ə yoluxma sayında əsas üstünlüyü qadınlar təşkil etsə də, ilk dəfədir ki,bu ənənə pozulur. Yəni,bu dəfə qadın HİV-dən sağalır.
Qeyd edək ki, indiyədək HİV-dən sağalma ilə bağlı iki hala rast gəlinib. Onların hər biri infeksiyanın qarşısını alan mutasiya daşıyan donorlardan sümük iliyi transplantasiyası alan kişi xəstələri idi.
Xatırladaq ki, mutasiya yalnız 20 minə yaxın donorda aşkar edilir, onların əksəriyyəti Şimali Avropa mənşəlidir.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər