16 fevral 2022 22:43
704

Qızı ilə rol aldığı serialı 5 milyon dəfə izləndi

Türkiyənin məşhur aktyoru Mehmet Günsür qızı Cloe ilə kamera qarşısına keçib.

“İki sahil” xəbər verir ki, İtaliyada bir serialda rol alan ata-qız rekord qırıb. "Rai-1" kanalında yayımlanan serialın ilk bölümü 5 milyon şəxs tərəfindən izlənilib. Eyni gün "İnter Milan-Roma" futbol oyununu geridə qoyan serial izləyicilərin 22,4 faizinə çatıb.

Mehmet "Lea" ( Yeni bir gün) adlı ekran işində bir musiqiçini canlandırır.  Onun istəmədən bir qız övladı dünyaya gəlir və uşağın anası onları tərk edir. Hekayə də bundan sonra başlayır.