17 fevral 2022 12:00
795

İrəliləmiş xərçəngin insanın üzündə görünən əlamətləri

Üzdə şişkinlik irəliləmiş xərçəng əlaməti ola bilər. Bunu “Veçernyaya Moskva” portalına pediatr, immunogenetik İqor Kaşaba deyib.

Mütəxəssisin sözlərinə görə, xərçəngin əlamətlərinə boyun, qol, döş qəfəsində və üzdə şişkinliklər daxildir. Bununla belə, şişkinlik böyrək və ya ürək problemlərinin də simptomu ola bilər.

“Onkologiyanın problemi bütün bu əlamətlərin spesifik olmamasıdır. Diqqət etməli olduğunuz digər əlamətlər də var",-deyə həkim izah edib.

Həkim qeyd edib ki, bədəndə bədxassəli bir neoplazmanın varlığını müstəqil olaraq təyin edə bilərsiniz. Bunun üçün səhər saatlarında gözün sklerasına diqqət yetirmək, dilin ərpli olub-olmadığını, üzərində diş izlərinin olub olmadığını yoxlamaq lazımdır.

“Dil klassik mənada mədə-bağırsaq traktının güzgüsü kimi qəbul edilir. Qaraciyər, mədəaltı vəzi və yoğun bağırsaq problemlərini göstərir. Dil ölçüsündə böyümə olarsa, bu, mədə-bağırsaq traktında iltihabı göstərə bilər ",-deyə həkim qeyd edib.

Gözlərdə partlayan kapilyarlar yüksək təzyiqə işarə edə bilər. Kaşaba bildirib ki, əgər yuxarıda göstərilən əlamətlər aşkar edilərsə, həkimə müraciət etmək vacibdir.

Nubar Süleymanova, “İki sahil”