“SpaceX” şirkətinin vebsaytına görə, fevralın əvvəlində baş verən maqnit qasırğası İlon Maskın fevralın 3-də buraxılmış 40-a yaxın Starlink peykinin orbitə çıxmasına mane olub.
Fevralın 3-də Yerdə zəif “G1” maqnit qasırğası başladı. Buna yanvarın 30-da günəşdə baş verən orta güclü uzunmüddətli - M sinifli partlayış səbəb olub. Partlayış dörd saatdan çox davam edib və Yerə doğru yönəlmiş tac formalı kütlənin atılması ilə müşayiət olunub.
Məlumatda bildirilir ki, 40-a qədər peyk orbitdən endirilib. Şirkət izah edib ki, maqnit qasırğaları atmosferi qızdıraraq onun sıxlığını artırır. “SpaceX”in məlumatına görə, əvvəlki buraxılışlarla müqayisədə atmosferə qarşı müqavimət 50% artıb.
Peyklər ən səmərəli rejimə keçirilib. Lakin atmosferin müqaviməti səbəbindən orbital manevrlərə başlamaq üçün onları iş vəziyyətinə qaytarmaq mümkün olmayıb.
Ümumilikdə “SpaceX” gələcəkdə “Starlink” peyklərinin sayının 12 000-ə çatacağını planlaşdırır.
“Starlink” dünyanın istənilən nöqtəsində genişzolaqlı İnternetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş növbəti nəsil peyk şəbəkəsidir. Layihə “SpaceX” tərəfindən 2018-ci ilin fevralında istifadəyə verilib.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər