17 fevral 2022 14:45
858

169,4 milyon dollarlıq ölüm - FOTO

Kriptovalyuta ticarət platforması Gerald Kotten 2018-ci ildə bal ayında vəfat edəndə müştərilərinin 169,4 milyon dolları havaya uçub. Çünki investisiyaları əldə etmək üçün şifrəni yalnız Gerald Kotten bilirdi.

Kanadada kriptovalyuta ticarət platforması Quadriga CX-in yaradıcısı Cerald Kotten 2018-ci ildə yeni evləndiyi həyat yoldaşı Cennifer Robertson ilə Hindistana bal ayına getmişdi. Lakin o, bal ayında olarkən həzm sisteminə təsir edən Kron xəstəliyindən 30 yaşında vəfat edib. Lakin Quadriga CX şirkəti Cerald Kottenin ölümünü 1 ay gizlədib. Sonra rəhbərlərinin öldüyünü və şirkətin müflis olduğunu elan ediblər.

Çünki müştərilərin investisiyalarını əldə etmək  üçün lazım olan parolu yalnız Cerald Kotten bilirdi. Beləliklə, müştərilərin şirkətə yatırdıqları 169,4 milyon dollar birdən-birə yoxa çıxıb.

Ortağı şübhəli adam idi

Onun ölümündən 4 gün əvvəl vəsiyyətini dəyişərək, “Lexus” markalı avtomobilini, “Cessna” tipli təyyarəsini, ümumi dəyəri 9 milyon dollar olan malikanələrini və 15 metrlik yaxtası da daxil olmaqla bütün sərvətini yeni həyat yoldaşı Cennifer Robertsona verdiyi bəlli olub.

Həmçinin Hindistandan gələn rəsmi ölüm şəhadətnaməsində də Cerald Kottenin adı səhv yazılıb. Üstəlik, Gerald Kottenin ortağı olan Michael Patryn kimliyini dəyişdirdiyinə  görə ABŞ-da həbs edilmiş keçmiş cinayətkar idi. Bu hal Gerald Kottenin əslində ölmədiyi, lakin kimliyini dəyişdirdiyi və müştərilərin pulları ilə yoxa çıxdığı iddialarına səbəb olub.

Vüsal Cahanov, “İki sahil”