17 fevral 2022 18:17
636

60 il sonra ilk - Köpək balığının hücumundan öldü

Britaniyalı üzgüçü Simon Nellist okeanda üzərkən 4 metrlik ağ köpək balığının hücumuna məruz qalaraq həyatını itirib.

Hadisə Sidneydə 60 ildə ilk dəfə baş verib. 35 yaşlı britaniyalı üzgüçü Simon Nellist həftəsonu üzmə məşqi edərkən köpək balığının hücumuna məruz qalıb. Onun meyiti suda bir saat axtarışdan sonra tapılıb. Təcrübəli üzgüçünün İngiltərədə ailəsinin, Sidneydə isə bir dostunun olduğu öyrənilib. Simon bir macəraçı kimi tanınırdı.

Hadisə şahidləri köpək balığının Simonun bədənini okeanın dibinə çəkməzdən əvvəl ona şaquli şəkildə hücum etdiyini söyləyirlər. Qeyd edək ki, səlahiyyətlilər köpək balığının öldürülməsinin planlamadıqlarını, əvəzinə hadisə yerində qurulan kəndirlərlə tutularsa, balığı materikdən uzaqlaşdıracaqlarını bildiriblər. Dəhşətli hadisə üzgüçü, avarçəkən və qaya balıqçılarının olduğu sahildən 150 metr aralıda baş verib.

Heyvanların hüquq müdafiəçisi köpək balığının çox güman ki, üzgüçünü suiti ilə səhv saldığını və bu dəhşətli hücumun nadir hallarda olduğunu bildiriblər.

Vüsal Cahanov, “İki sahil”