17 fevral 2022 19:30
1274

Məşhurlar necə müflis oldular? - FOTO

Mark Tven

Yazıçının əsl adı Samuel Klemensdir. Lakin yazıçı özünə Mark Tven təxəllüsünü seçərək kitab yazmağa başlayıb.  Məşhur yazıçının qələmindən çıxan ən maraqlı əsərlərindən biri “Tom Soyer” haqqında kitabı oxucular tərəfindən çox sevilib. Yazıçı biri-birindən maraqlı kitablarını sataraq çox böyük sərvət əldə edir. Kitabların satışından qazandığı pulları necə xərcləyəcəyini heç bilmirdi. Onları daim etibarsız sərmayələrə qoyurdu. Belə ağılsız sərmayələrdən biri də tərtibat maşını idi (səhifələri tərtib edən qurğu). Bu maşın hər dəfə xarab olaraq, sıradan çıxırdı. Nəticədə yazıçı 300 min dollardan yuxarı pul itirir. Bu məbləği  müasir pula köçürsək, onda onun düşdüyü ziyan 7 milyon dollara gəlib çıxır. Bundan əlavə o, nəşr ilə bağlı çox ziyana düşür və 1893-cü ildə əziyyətlə əldə etdiyi hər şeyi itirir. Uzun illər boyu kredit ödəməyə məcbur olur.

 Mark Tvenin yaxın dostu Henri Rodjersin təkidi ilə məşhur yazıçı müəllif hüquqlarını həyat yoldaşına təhvil verir. Bu Mark Tven üçün böyük təhlükəsiz şəbəkə olur və onu borclu olduğu insanlardan qoruyur. Mark Tvenin əsərlərini əldə etmək üçün çox çalışsalar da, buna nail ola bilmirlər. Bir müddət sonra Mark Tven mühazirələr oxumaq üçün dünya turuna çıxır. Bu turdan sonra borclarını ödəmiş olur.

Kim Besincer

 Maraqlı film sevənlər bu aktrisanı mütləq tanıyırlar.1990-cı illərdə aktyorlar arasında ən yüksək qonorarları məhz Kim Besincer alırdı. Rollarına əsasən qonorarını 10 milyon dollara qədər əldə edə bilirdi.1989-cu ildə aktrisa Braseltondan  əmlak almaq qərarına gəlir. Buranı alaraq bu şəhərə turistləri cəlb etmək fikrində idi. Lakin bir neçə ildən sonra Kim Besincerin başına xoşagəlməz bir hadisə gəlir. Oynadığı filmdən sonra prodüserlərini məhkəməyə verir olur və təəssüf ki, məhkəməni uduzur, ona görə 8 milyon dollar itirir. Müəyyən müddətdən qalır Braseltonda aldığı malikanəni də satmaq  məcburiyyətində olur  və çox böyük bir ziyana düşür. 20 milyon dollara aldığı əmlakı cəmi 1 milyona satmağa məcbur olur.

Pamela Anderson

1990 –cı illərdə məşhur olan Hollivud ulduzunun xərclədiyi məbləğ qazancından çox idi. Malibuda bir milyon dollara villa alan məşhur  sənətkar vergi borclarına görə pulunu həmin evlərini satıb borclarını ödədikdən sonra ailəsi ilə birgə Los-Ancelesdə sadə ikimərtəbəli ev kirayələməli olur. 

Rembrand

 Məşhur hollandiyalı rəssam Rembrand XVII əsrdə yaşayıb. Rəssam pulunu ödəyə bilmədiyi nadir və bahalı  əşyaları əldə etməyi çox sevirdi. 50 yaşında Rembrand tamamilə mal-mülkünü itirir və onun topladığı bütün nadir əşyalar hərracda satılır. Əsərlərini sata bilməsə də,son nəfəsinə  qədər rəssamlıq peşəsinə davam edir. Rembrandın oğlu onun ölümündən sonra əsərlərini hərracda satır.

Mayk Tayson

İnsanlar Mayk Taysonu boksun əfsanəsi kimi tanıyırlar. Demək olar ki, Mayk Tayson boksçular içində ən məşhurudur. 20 yaşı olanda dünya çempionatında ağır çəkili  idmançılar arasında 1-ci yerə sahib olur. Mayk Tayson buna nail olan ən gənc boksçu olur və bu çempionatdan sonra külli miqdarda pullar qazanmağa başlayır. Bir döyüşdə 30 milyon qazanan məşhurun hərracda 90-cı illərdə maddi sıxıntıları başlayır. Sərvətinin dəyərini bilməyən idmançı  bir həftə ərzində 400 min dollar pul xərcləyir. Bu cür səhlənkar hərəkətləri getdikcə onu çıxılmaz vəziyyətə salır. Həyat yoldaşı ilə boşananda da 9 milyon dollar itirmiş olur və bununla da, 2003-cü ildə Mayk Tayson iflas edir. Onun 27 milyon dollara yaxın borcu var idi.

Britni Spirs

Məşhur ifaçı 2000-ci ildə mahnıları ilə dünyada  uğur qazandı. Bir neçə ildən   sonra müğənni pis vərdişlərin aludəçisi olub. Psixoloji vəziyyəti normal olmayan müğənni məhz ona görə sərvətinin demək olar ki, yarısını itirdi.  Növbəti illərdə özünü toparlasa da, əvvəlki şöhrətini bərpa edə bilmədi. 

 Donald Tramp

Bu gün bu adamı hamı tanıyır, çünki Donald Tramp ABŞ-ın prezidenti olub və  bundan əlavə, o dünyanın ən varlı insanlarından biridir. Lakin bu nəhəng siyasətçinin həyatında hər şey o qədər də yaxşı olmayıb. Onun qurduğu şirkətlər 4 dəfə iflas edib. İlk dəfə Tramp qumar müəssisələrini maliyyələşdirərkən  böyük zərbə alıb. Onun borcu o zamanlar 900 milyon dollara çatırdı. Bu zərbədən sonra Tramp aviaşirkətini və aktivlərini satmalı oldu.

Lena Hedi

“300 spartalı” və “Game of thrones” kimi məşhur filmlərdə yer alan aktrisanın  hal-hazırda maddi durumu yaxşı deyil. Həyat yoldaşı ilə bir neçə il sürən boşanma prosesi  nəticəsində bu məşhur demək olar ki, tamamilə müflis oldu.  Lena Hedi Hollivuddakı evini və lüks maşınını satmalı oldu. Məhkəmənin bitməsindən sonra  məşhur aktrisanın hesabında  cəmi 5 min dollar var idi.

Samirə Tağıyeva, “İki sahil”