COVID-in istənilən ştammına yoluxanlarda beyin toxumasının iltihabi prosesi ola bilər.
“İki sahil” xəbər verir ki, bunu immunoloq alim Nikolay Kruçkov açıqlayıb.
O, pasiyentləri xəbərdar edib ki, ensefolit və ensefalomielit COVID zamanı və sonra rast gəlinən ağırlaşmadır.
Beynin iltihabi prosesləri başqa xəstəliklərlə səhv salına bilər. Xəstələrdə bir sıra nevroloji simptomlar baş verir. Beyin qabığını yarıb keçən virus orda trigger rolunu oynayaraq ikincili iltihab yaradır.
Alimlər beynin iltihabının hətta uşaqlarda da rast gəlindiyini bildirib.
Omikronu yüngül keçirənlərdə belə sinir sisteminin ağır zədələnməsi görülür. Onlarda səs batır, başda duman hissi yaranır, danışıqlarında, düşüncələrində problem hiss olunur.
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər