Nərə balıqlarının bəzi növləri, o cümlədən beluqa praktiki olaraq tədqiqat ovlarında görünməyi dayandırmışdır. Bu barədə Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzinin Xəzər Bioloji Ehtiyatlar İnstitutunun mütəxəssisi Ruslan Barxalov danışıb.
Barxalov hesab edir ki, balıqların sayının azalması kürü tökmə yerlərinin azalması ilə bağlıdır. Eyni zamanda, süni su anbarlarında nərə balıqlarının mühafizəsi istiqamətində də işlər aparılır.
“Beluqa, tikanlı nərə kimi növlər indi çox nadirdir, onların yoxa çıxdığını söyləyə bilərik ",-deyə alim bildirib.
Beluqa planetin ən böyük şirin su balıqlarından biridir, lakin Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir. Çəkisi bir ton yarıma çatır, uzunluğu isə dörd metrdən çoxdur. Aral, Xəzər və Qara dənizlərdə qorunub saxlanılır.
Tikanlı nərənin uzunluğu iki metrə çatır, çəkisi 30 kiloqramdır. Aral, Xəzər və Qara dənizlərdə də yaşayır. Rusiyanın Qırmızı Kitabına daxil edilmişdir.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər