Baş rolunu Kıvanç Tatlıtuğun canlandıracağı "Kral kaybederse" serialının yayım tarixi bəlli olub.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işi yeni mövsümdə "Star" telekanalında yayımlanacaq. Serial türkiyəli yazıçı və psixoloq Gülseren Budayıcıoğlunun kitablarından birinin motivləri əsasında lentə alınacaq.
Qeyd edək ki, ekran işində Kıvançla Beren Saatın tərəf müqabili olacağı deyilir. Onlar sonuncu 12 il əvvəl “Aşkı-ı Memnu” serialında birlikdə çəkilmişdilər.
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər