18 fevral 2022 20:22
756

Xocalı soyqırımını unutmayaq

Xocalı soyqırımı erməni vandalları tərəfindən xalqımızıa qarşı törədilən ən dəhşətli faciədir. Faciədən   otuz il vaxt keçir. Bununla əlaqədar  respublikamızda müxtəlif tədbirlər təşkil olunur.   Yardımlı Dövlət Rəsm Qalereyasında keçirilən tədbir "Xocalı soyqırımını unutmayaq" adlanırdı. 

Tədbir  faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlandı. Qalereyanın direktoru vəzifəsini icra edən Sirac Sultanov Xocalı soyqırımı  barədə çıxış etdi. Şəhər 1 saylı tam orta məktəbinin  müəllimi Ramin Qasımov  isə çıxışında ermənilərin ölkəmizə qarşı qondarma ərazi iddiaları haqqında, faciənin  yaranma səbəbindən , dövrün ictimai-siyasi vəziyyəti və xalqımızın düşmənlə apardığı haqq mübarizəsindən  geniş söz aşdı.

Rəssam Bəhmən Nuriyevin Xocalı soyqırımına həsr olunmuş rəsm işlərinə baxışla tamamlanan  tədbirin iştirakçıları Qalereyanın kollektivi, Yardımlı şəhər 1 saylı tam orta məktəbinin müəllim kollektivi  və şagirdləri idilər.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü