İngiltərənin paytaxtı Londonun ən əsas simvollarından biri olan tarixi zəngli saat qülləsi “Big Ben”də aparılan bərpa işləri başa çatıb. 13,5 tonluq 5 ədəd zəng çanağına malik bu saatın səsini xalq arasında “Britaniyanın səsi” adlandırırlar.
Qeyd etmək lazımdır ki, “Big Ben”i bəzən Müqəddəs Stefan qülləsi də adlandırırlar. Qüllə 1858-ci ildə inşa olunub. Qüllədəki saat isə 1859-cu ildə işə salınıb. Qüllənin hündürlüyü 61 metrdir. Saat yerdən 55 metr hündürlükdədir.
Tarixi saat qülləsinin zəngi 4 il sonra çalınacaq
Sonuncu dəfə 2017-ci ildə zəngi çalınan tarixi saat qülləsində 4 il boyunca aparılan bərpa işlərinin başa çatdığı bildirilib. Qüllənin bərpası üçün 30 milyon funt sterlinqdən çox büdcə ayrılarkən, saat mexanizminin xarab olmamasının, qüllənin təhlükəsizlik standartlarının yüksəldilməsi və müasirləşdirilməsi üçün çox səy göstərilib.
İspaniyadan turist kimi gələn Maria “Big Ben” saat qülləsini ilk dəfə gördüyünü ifadə edərək, "Mən turistəm. “Big Ben”i ilk dəfə görürəm. İndi bura məni maraqlandırmır, çünki hazırda bərpa işləri aparılır”deyə bildirib.
Keçən il açılışı planlaşdırılan saat qülləsinin COVID-19 pandemiyası ilə əlaqədar bərpa işlərində yaranan fasilələrdən sonra artıq bu ildən onun eksteryerində quraşdırılan iş və texniki xidmət bloklarının yenidən açılması planlaşdırılır.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər