18 fevral 2022 18:02
848

Onları 1 ilə qədər həbs gözləyir - Erotik fotosessiyaya görə

Moskvada müsəlman məscidinin qarşısında yarıçılpaq qızın çəkilişində iştirak edən 6 vətəndaşı 1 ilə qədər həbs gözləyir.

İstintaqın məlumatına görə, fevralın 19-da bir qrup şəxs dini ziyarətgahı ləkələmək məqsədi güdərək dindarların hisslərini təhqir edən hərəkətlərə yol verib. Gənclər alt paltarı və xəz geyinmiş qızı müsəlman ibadət binasının fonunda lentə alıblar. Görüntülər internetdə yayılıb.

Bu işdə təqsirləndirilən şəxslər vicdan və din azadlığı hüquqlarını pozmaqda ittiham olunurlar. Cinayətkarları bir ilə qədər həbs gözləyir.

Nubar Süleymanova, “İki sahil”