Bir tələbə otaq yoldaşının soyuducuya qoyduğu yarımçıq yeməyi yedikdən sonra ayaqlarında sepsis (qana bakteriya və toksinin qarışması) yaranıb və amputasiya edilib. Yediyi yeməkdən sonra qızdırması yüksələn və nəbzi dəqiqədə 166 vuran gənc tez bir zamanda xəstəxanaya çatdırılıb.
Qeydlərə görə, yeniyetmənin heç bir allergiyası olmayıb və uşaqlıqda bütün peyvəndləri olunub. O, həmçinin nadir hallarda spirtli içki qəbul edib və həftədə 2 qutu siqaret çəkirdi. Bütün bunlara baxmayaraq hadisə nəticəsində həmin gəncin vəziyyəti pisləşib və o, helikopterlə başqa xəstəxanaya aparılıb.
Bildirilib ki, düyü və toyuq ətinin qalıqlarını yedikdən sonra qarın ağrısı və qusma müşahidə edilən xəstənin xəstəxanaya gətirilmədən 20 saat əvvəl vəziyyəti yaxşı olub. Xəstəxanaya çatdırılmadan 5 saat əvvəl isə dərisində səpgilər əmələ gəlib və dostu onu başqa xəstəxanaya aparıb.
Xəstəxanaya aparılan yeniyetmənin daha sonra böyrəklərinin sıradan çıxması və qanında laxtalanmaya səbəb olan ağır bakterial infeksiyaya yoluxması açıqlanıb. Yeniyetmənin qanında bakteriyada həyati təhlükəsi olan sepsis növü olan Neisseria meningiti aşkar edilib. Onun tüpürcək vasitəsilə bakteriyaya yoluxduğu və 16 yaşında meningokok peyvəndini vurdurmadığı güman edilir.
Onun barmaqlarındakı sepsis qanqrenaya çevrildiyi üçün dizdən aşağı hissəsi amputasiya edilməli olub.
Qeyd edək ki, qeyri-adi hadisə, YouTube kanalı olan həkim Bernard tərəfindən işıqlandırılıb.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər