İsrailli fermer Çahi Ariel 289 qram çəkidə dünyanın ən ağır çiyələyini yetişdirib. O, bu çiyələyi yetişdirməklə “Ginnesin Rekordlar Kitabı”na düşüb. İsraildə çiyələk genlərinin inkişaf etdirildiyi Volcani İnstitutundan tədqiqatçı Nir Dai bölgədən olan ilan növlü çiyələklərin orta çiyələkdən 5 dəfə ağır olduğunu ifadə edib. “Ginnes”in saytında çiyələyin uzunluğunun 18 sm, diametrinin isə 34 sm olması barədə məlumatlar da yer alıb.
Çahi Ariel keçən il bağında meyvələrinin nə qədər artdığını görəndə “Ginnes”in mükafatını qazanacağına ümid edib. Ariel sübut kimi çiyələyi uzun müddət dondurucuda saxlayıb.
Ariel mükafatı qazandığını biləndə bu sözləri deyib: “Bunu eşidəndə özümüzü çox yaxşı hiss etdik. Sevincimdən mahnı oxudum. Biz bunu çoxdan gözləyirdik”.
Rekordlar kitabının saytında yer alan məlumata görə, 2021-ci ilin əvvəlində qışın qeyri-adi soyuq keçməsi çiyələyin çürümə prosesini ləngidib və daha çox böyüməsinə imkan verib.
Qeyd edək ki, əvvəlki rekord 2015-ci ildə məhsul yığımı zamanı 250 qramlıq çiyələk aşkar edən yapon fermerə məxsus olub.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər