Soyuducuda ədviyyatları, tropik meyvələri və duzlanmış tərəvəzləri saxlamaq olmaz.
Çinin “WeChat” portalı soyuducuda hansı qidaların saxlanmaması barədə yazıb.
Müəllifin qeyd etdiyi kimi, bir çoxları soyuducunu hər şeyi saxlaya biləcəyi bir şkaf hesab edir, lakin bu yanaşma təhlükəli ola bilər.
Birincisi, ədviyyatları soyuducuda saxlamayın. Məsələn, anis, bibər kimi ədviyyatlar soyuducuda saxlandıqda nəmlənməyə başlayır, nəticədə qaraciyər xəstəliyinə səbəb olan aflatoksinlər əmələ gəlir.
“Həmçinin, tropik meyvələri soyuducuda saxlamaq olmaz”,-deyə müəllif xəbərdarlıq edib. Belə ki, banan, liçi və digər tropik meyvələr nəinki soyuducuda təravətini saxlamır, həm də çürüməsi sürətlənir, aşağı temperaturlu mühitdə bu meyvələrdə bakteriyalar çoxalır və eyni aflatoksinlər əmələ gəlməyə başlayır.
Soyuducuda əriştəni də saxlamayın. Evdə hazırlanmış əriştə maksimum iki-üç gün saxlanıla bilər, lakin bəziləri onun soyuducuda xarab olmadığına və daha uzun müddət saxlanıla biləcəyinə inanır. Əslində, belə əriştəni yemək sağlamlığa çox mənfi təsir göstərə bilər", -deyə “WeChat”da xəbərdarlıq edilib.
Orada bildirilir ki, duzlu tərəvəzləri də soyuducuda saxlamaq tövsiyə edilmir. Bundan əlavə, dərman bitkiləri soyuducuya yerləşdirilməməlidir, çünki onlar uzun müddət qida yaxınlığında qaldıqda, müxtəlif bakteriyalar və nəm onlara nüfuz edə bilər ki, bu da faydalı xüsusiyyətlərin itirilməsinə səbəb olacaqdır.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər