21 fevral 2022 19:30
507

Rusiyalı həkim: COVID-dən sonra infarkt riski 2 dəfə artır

COVID keçirdikdən sonra infarkt olma riski 2 dəfə artır.

“İki sahil” xəbər verir ki, Moskva Elmi-tədqiqatların institutunun direktor müavini həkim Tatyana Rujençova COVID-in ölümcül fəsadları barədə danışarkən bunu deyib.

Koronavirus keçirən orta yaş insanların əksəriyyətində ürək problemləri yaranır. Vaşinqton universitetinin alimləri sübut edib ki, COVID xəstəliyindən sonra tromboz və tromb 2-3 dəfə, infarkt riski -63%, insult riski isə 52% artır.

Həkim bildirib ki, 15% xəstələrdə əsas kurs müalicədən sonra da damarların zədələnməsi əlamətləri inkişaf edir və risk qalır.

Ona görə də hər kəs COVID-dən sonra 1 ay keçmədən ürək-damar sisteminin müaiynəsi və müalicəsi ilə məşğul olmalıdır.