22 fevral 2022 12:00
1002

Bu Havay adası 100 ildir ki, insanların üzünə qapalıdır - FOTO

Havay adaları dünyanın hər yerindən insanların ziyarət etdiyi məşhur kurort məkanlarından biridir. Ancaq az adam bilir ki, orada çox kənarda ictimaiyyət üçün bağlı olan bir ada var. Keçən əsrin əvvəllərində bağlanmış həmin adaya bu gün də getmək mümkün deyil. Eyni zamanda, adada yerli insanlar yaşayırlar – təkcə başqalarının buraya gəlməsi qadağandır.

Ada Niihau adlanır. Sahəsi təxminən 180 kilometrdir. Onun açıq əraziləri tez-tez turistlər tərəfindən ziyarət edilir. 1865-ci ildə ərazi Sinkler ailəsinin nümayəndələrindən biri tərəfindən alındı. O dövrün hökmdarı adanı böyük miqdarda qızıla satdı.

Sinkler ailəsi burada yaşayanlar üçün öz qaydalarını təyin etdi. Həmin günlərdə ərazidə təsərrüfatlar yarandı, torpaqda insanlar və qoyunlar yaşayırdı. Bu yanaşma adanın təbii ehtiyatlarına, bütövlükdə faunasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.

20-ci əsrin əvvəllərində ailənin nəvəsi ərazini kənar şəxslərin üzünə bağlamaq qərarına gəldi və o vaxtdan bəri buraya giriş qadağan edildi. Turistlər adaya gedə bilməzlər, yerli əhalinin qohumları isə onlarla görüşmək üçün xüsusi icazə almalıdırlar.

Nubar Süleymanova, “İki sahil”