22 fevral 2022 13:53
746

Şimali Kipr Türk Cümhuriyyətində Xocalı soyqırımı ilə bağlı konfrans keçiriləcək

Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyəti məlumat yayıb.

Diaspor təşkilatından bildirilib ki, Azərbaycan-Kipr Dostluq Cəmiyyəti, Diaspora Dəstək Fondu və Türk Ağsaqqalları Birliyi-TAİB-in təşkilatçılığı ilə fevralın 26-da keçiriləcək konfransda ŞKTC-nin prezidenti Ersin Tatar, dövlət rəsmiləri, millət vəkilləri, azərbaycanlı, türk tələbələr, eləcə də  ictimaiyyət və media nümayəndələri iştirak edəcəklər.

Girnə Amerikan Universitetinin Konqres Mərkəzində düzənlənəcək konfransa Azərbaycan nümayəndə heyəti də qatılacaq.

AKDC-dən verilən məlumatda  bildirilib ki, nümayəndə heyətinin Şimali Kipr Türk Cümhuriyyətin prezidenti Ersin Tatar, ŞKTR baş naziri Faiz Sucuöğlu, hökumət üzvləri, ali təhsil ocaqlarının rektorları və millət vəkilləri ilə görüşləri də nəzərtə tutulub.