Keçən il “TikTok” videoları üçün maksimum vaxt limiti 1 dəqiqədən 3 dəqiqəyə qədər artırılmışdı.İndiyə qədər 5 dəqiqəlik videoları fərqli istifadəçi qrupları ilə sınaqdan keçirən şirkət, hazırda 10 dəqiqəlik videolar üçün testləri davam etdirir.
Şirkət nümayəndəsinin “Wired”ə verdiyi açıqlamada istifadəçilər üçün 1 dəqiqədən artıq videolara baxmağın stressli olduğunu bildirib. “Instagram”da Reels videoları, “Snapchat”da Spotlight və “YouTube”da Shorts videoları var. Bütün bu formatlarda videonun müddəti 1 dəqiqədən uzun deyil.
“Conviva” video analitik şirkətinin məlumatına görə, 2021-ci ildə “YouTube”a yüklənən videoların 12 faizi 1 dəqiqədən qısa olub.
Qeyd edək ki, məşhur sosial platforma olan “TikTok”un 1 milyarddan çox istifadəçisi var. Rəqiblərini həm təhdid edən, həm də ruhlandıran “TikTok”un “işini bilən” platforma olduğunu da söyləmək olar.
“Wired”in məlumatına görə, uzun videolar proqramda ayrıca bölmədə göstəriləcək.
Vüsal Cahanov, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər