22 fevral 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 26 fevral - Xocalı soyqırımına həsr edilmiş anım tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ölkəmizdə Xocalı Soyqırımının 30-ci ildönümü qeyd edildiyini vurğulayıb.
Rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı da uzun illərdir ki, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində müxtəlif silsilə tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də qanlı Xocalı soyqırımı ilə əlaqədar öz təəssüratlarını bölüşəcək Xocalı sakini, Azərbaycan Tibb Universitetinin insan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev və Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının professoru Qabil Əliyev ilə YAP Nəsimi rayon ərazi partiya təşkilatı sədrləri və partiya fəalları ilə görüşüdür.
Professor Qabil Əliyev qeyd edib ki, məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına siyasi qiymət verildi və onun təşkilatçılarının adları dünya ictimaiyyətinə açıqlandı.
Daha sonra professor Mübariz Allahverdiyev Xocalı soyqırımının insanlığa qarşı cinayət olmasını, buna hüquqi qiymətin verilməsini və yürüdülən düzgün siyasət və aparılan məqsədyönlü təbliğatın sayəsində, artıq bir çox ölkələrin parlamentlərində Xocalı Soyqırımının tanındığını bildirdi: “Beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi təsdiqlədiklərini vurğuladı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünya ölkələrində həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası nəticəsində, dünyanın bir sıra parlamentləri, həmçinin, İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Pİ tərəfindən Xocalı qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınmışdır".
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib