23 fevral 2022 02:59
571

Əyləncə parkına gəldilər və... - VİDEO

Belçikanın Flandriya şəhərindəki "Plopsaland" əyləncə parkında texniki qəza baş verib.

“İki sahil” xəbər verir ki, içərisində 7 nəfərin olduğu dəmiryol atraksionu 37 metr yüksəklikdə ikən qəfil dayanıb.

Xilasetmə əməliyyatına yanğınsöndürmə briqadası cəlb edilib. Qatar yalnız 6 saatdan sonra aşağı endirilib. Qəzanın səbəbləri araşdırılır.