Tibb bir xəstəliyi tanımağa, qarşısını almağa və müalicə etməyə, habelə insanların sağlamlığını yaxşılaşdırmağa və ömrünü uzatmağa imkan verən bilik və tədbirlər sistemidir. Tibb tarixinin kökü uzaq keçmişə gedib çıxır. İbtidai cəmiyyətdə müalicə kollektiv xarakter daşıyırdı. Xüsusən də, qadınlar uşaqlarına və cəmiyyət üzvlərinə qayğı göstərmək üçün bunu tətbiq edirdilər. Kişilər isə ov edərkən və ya başqaları ilə döyüşərkən yaralanan qohumlarına kömək edirdilər.
Bəs qədimdə tibb necə idi?
1. Nepalda inəklərin nəcisindən dərman məqsədləri üçün istifadə edilirdi. Nepallılar nəcisin antiseptik xüsusiyyətlərə malik olduğuna inanır, hətta doğuş edən qadının cinsi orqanına da qoyurdular. Orada hazırda da belə bir “türkəçarə” mövcuddur.
2. Peyvəndlər, xüsusən də çiçək xəstəliyinə qarşı peyvənd Çin həkimlərinə 1796-cı ildə ingilis həkimi Edvard Lenner tərəfindən kəşf edilməzdən yeddi yüz il əvvəl məlum idi. Həkimlər xəstənin absesini götürüb xüsusi boru vasitəsilə uşağın burnuna üfürürdülər. İmmunitet əldə etmək üçün bir iynənin kifayət etdiyinə inanırdılar. Başqa bir üsul da uşağı çiçək xəstəliyinin yüngül forması olan xəstənin paltarına bükmək idi. Bu üsul orta əsrlərdə Hindistanda həkimlər tərəfindən istifadə edilmişdir.
3. Qədim Çində ədəb baxımından həkimlərə xəstəni çılpaq halda müayinə etmək qadağan edilmişdi. Bu qadağaya əməl etmək üçün evə gələndə həkim fil sümüyündən oyulmuş çılpaq qadın heykəlciyini özü ilə gətirirdi. Xəstəyə diaqnoz qoya bilmək üçün onun hansı yerlərinin ağrıdığını heykəlcikdə göstərməyi xahiş edirdi.
4. Orta əsrlərdə Yaponiyada dişlər açıq (əlcəksiz) əllərlə çıxarılırdı.
5. Qədim yunan qaçış ustaları uzun məsafələrə qaçarkən dalağın dözümlülüyü azaltdığına inanırdılar. Buna görə də, bu həyati orqanın kiçilməsinə səbəb olan farmakoloji bitki qarışıqları qəbul edirdilər. Məsələn, məşhur içkilərdən biri sarmaşıq qrupuna aid bir bitkidən hazırlanırdı. Onu yarışın başlamasına üç gün qalmış içməyə başlayırdılar. Şahidlərin sözlərinə görə, bu, dözümlülüyü çox artırırdı.
Nubar Süleymanova, “İki sahil”
Alimlər nüvə fizikasının qanunlarını pozan qeyri-adi molibden nüvəsi aşkar ediblər