İyirminci əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 30 il ötür. Xocalı soyqırımının otuzuncu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına, Lerik Rayon Heydər Əliyev Mərkəzinin və Lerik Rayon Təhsil Şöbəsinin birgə tədbirlər planına uyğun olaraq “Xocalıya ədalət!” mövzusunda tarix dərsi keçirildi. Heydər Əliyev Mərkəzində baş tutan dərsdə şəhər 2 saylı tam orta məktəbin yuxarı sinif şagirdləri iştirakı edirdilər.
Tarix dərsini Mərkəzin elmi işçisi Bahar Mürsəliyeva tədris etdi. Dərs zamanı Azərbaycan xalqına qarşı ermənilərin törətdiyi Xocalı soyqırımının antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı xüsusi olaraq şagirdlərin diqqətinə çatdırıldı. O da qeyd edildi ki, 44 günlük İkinci Qarabağ müharibəsində 30 ilə yaxın işğal altında olan Vətən torpaqları geri qaytarıldı. Tarix yazan Azərbaycan ordusu tərəfindən məhv edilən düşmən qüvvələri içərisində Xocalı soyqırımının cəlladları da vardı. Bununla rəşadətli ordumuz bu faciənin günahsız qurbanlarının qisasını aldı.
Azərbaycanın hər yerində olduğu kimi, dağlar diyarı Lerikdə də belə dərslərin təşkilində məqsəd bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş tarixi faciəni gənc nəslə çatdırmaq, onlarda vətənpərvərlik hissini gücləndirməkdir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib