İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.
“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin “Twitter” hesabında qeyd edilib.
“İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi Xocalıda günahsız dinc əhalinin qətlə yetirilməsinin 30-cu ildönümünü anır və Azərbaycan Respublikası hökumətinə, xalqına və faciədən sağ çıxanlara başsağlığı verir”, - paylaşımda bildirilib.
Özbəkistanın təhsil mütəxəssisləri Quba Soyqırımı Memorial Kompleksində təlimdə iştirak ediblər
Xəzər rayonunda “27 sentyabr- Anım günü” ilə bağlı silsilə tədbirlər keçirilib
Azərbaycanın mina qurbanlarının “danışan fotolar”ı Nürnberqdən dünyaya ədalət çağırışı edib