Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət" Beynəlxalq Maarifləndirmə Kampaniyası çərçivəsində Xocalı Soyqırımının 30-cu ildönümünə həsr olunmuş fləşmob keçirilib.
“İki sahil” xəbər verir ki, müxtəlif təhsil müəssisələrini təmsil edən 1000-ə yaxın tələbə və könüllülərin iştirak etdiyi fləşmobda Bakı Xoreoqrafiya Akademiyası tərəfindən hazırlanmış Xocalı soyqırımını əks etdirən xoreoqrafik kompozisiya nümayiş olunaraq “Xocalıya Ədalət” çağırışlı plakatlar nümayiş olunub.
Azərbaycan Tələbə Gənclər Təşkilatlarının sədri Pərviz Mirələmli bu tip tədbirlərin qarşıdakı illərdə keçirəcəklərini qeyd edib: "Məqsədimiz tələbələrin iştirakı ilə dünya ictimaiyyətinə çatdırmaqdır. Gördüyünüz "flashmob"da 1000-dən çox tələbənin əməyi var. Və qarşıdakı illərdə də prosesi eyni şəkildə davam etdirməyi planlaşdırırıq".