Düz 30 il bundan əvvəl ölkəmizdə iyirminci əsrin ən qanlı faciəsi baş verdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandalları Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı soyqırımı törətdilər. Qan yaddaşımıza əbədi həkk olunmuş bu amansız soyqırımın hər il dönümü gələndə respublikamızda silsilə tədbirləri həyata keçirilir. Bu ildə belə. Belə tədbirlərdən biri də Lənkəran Regional Mədəniyyət İdarəsinin Təşkilatçılıq sayəsində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutdu.
“Yarımçıq xatirələr” mövzusunda təşkil olunan tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Heydər Əliyev Mərkəzinin əməkdaşları, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev, Vətən Müharibəsinin qaziləri, eləcə tələbələr iştirak edirdilər.
Tədbirə qatılanlar birinci Mərkəzin foyesində Xocalı və Qarabağ müharibəsi mövzusuna həsr olunmuş rəsm sərgisi ilə tanış olublar. Sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilən “Yarımçıq xatirələr” filminə baxdılar. Film tamaşaçılar tərəfindən maraqla qarşilandı və onlar mövzu ətrafında öz təəssüratlarını bölüşdülər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü