Lerik Rayon Heydər Əliyev Mərkəzində erməni vandalların xalqımıza qarşı törədiyi Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalı- tarixin qanlı səhifəsi” adlı anım tədbiri keçirildi. Tədbirdə rayon mədəniyyət işçiləri iştirakı edirdilər.
Əvvəlcə Xocalı faciəsi zamanı şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Hüsaməddin Abbasov açdı. O, qanlı faciə haqqında ətraflı məlumat verdi.
Daha sonra Lənkəran Regional Mədəniyyət İdarəsinin Lerik rayonu üzrə nümayəndəsi Müqəddəs Dənziyev, Lerik Mərkəzi Kitabxana Sisteminin direktoru Tərxan Feyziyev, Lerik Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva çıxış edərək Azərbaycanın dinc və günahsız insanlarına qarşı törədilmiş Xocalı soyqırımını bütün bəşəriyyətə, insanlığa qarşı cinayət olduğunu bildirdilər.
Tədbirdə "Xocalı nişanəsi" adlı qısametrajlı film nümayiş edildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü