25 fevral 2022 22:08
550

“Xocalı soyqırımı – 30” adlı virtual sərgi hazırlanıb

Xocalı soyqırımı tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. 

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Xocalı soyqırımının otuzuncu ildönümü münasibətilə AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Xocalı soyqırımı – 30” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim edilib.

Sərgidə “Xocalı yaddaşı”, “Əsrin faciəsi - Xocalı”, “Xocalı harayı”, “Terror: hadisələr, faktlar, sübutlar”, “Soyqırım muzeyi”, “Hocalı katliamı”, “Xocalı qırğını”, “Xocalı soyqırımının qurbanları”, “Xocalı soyqırımı”, “Xocalıda kəsilən başlar”, “Böyüməyən uşaqlar”, “Torpaq qan ağlayır”, “Dünya susmasın gərək”, “Soyqırım”, “Şəhid Xocalı”, “Xocalı uşaqları”, “Terrorizm və qan çilənən torpaqlar”, “Xocam Xocalı!”, “Xəzəl oldu Xocalının Xəzəngülü”, “Ölümdən o yandakı Xocalı”, “Xocalıdan gələn var”, “Hocalı soykırımı tanıkların dilinden”, “Xocalı göyərçinləri”, “Ходжалы хроника геноцида”, “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth” və başqa kitablar nümayiş olunur.

Səhifələrdə yerləşdirilmiş linklər vasitəsilə Xocalı qətliamı ilə bağlı müxtəlif vaxtlarda dövrü mətbuatda dərc edilmiş məqalələrə də keçid etmək mümkündür. Sərgi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://docs.google.com/presentation/d/1I9OZv2Xf_PhytCrQeMixCQtkRvbnw7-xJX_toIIL3-I/mobilepresent?slide=id.gbe5bc105fb_0_0