Britaniyalı həkim və anestezioloqlar COVID-ə, eləcə də Omikrona yoluxduqdan sonrakı 7 həftə ərzində xəstələri hər hansı planlı əməliyyata almamağı tövsiyə edir.
“İki sahil” xəbər verir ki, COVID-dən sonra sağalmış xəstələrə gedişatdan asılı olmayaraq, hər hansı narkoz, anesteziya və əməliyyat təyini təxirə salınmalıdır.
Çünki COVID-dən sağalan orqanizm üçün bu əlavə yük və stress olacaq.
Birləşmiş Krallığın həkimləri Milli Səhiyyə xidmətinə müraciət edərək, planlı əməliyyatların minimum 7-8 həftə ertələnməsini təklif edib.
Ekspertlər hesab edir ki, infeksion xəstəlikdən sonrakı 2 ay çox təhlükəlidir, belə xəstələrdə əməliyyatdan sonrakı durum ağır keçə bilər.