Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatında Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilmiş “Xocalı soyqırımı - tarixin silinməyən qanlı səhifəsi” adlı tədbir keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, tədbirə açılış çıxışı ilə başlayan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır.
Xocalı faciəsinin canlı şahidi olmuş Həqiqət Məmmədova da dəhşətli faciə haqqında iştrakçılara geniş məlumat verdi.
Daha sonra Sabirabad Dövlət Sosial-İqtisad kollecinin bir sıra tələbələri çıxış edərək Xocalı faciəsi haqqında öz məlumatlarını tədbir iştrakçılarına çatdıdılar.
Sonda YAP Sabirabad rayon təşkilatı tərəfindən hazırlanmış Xocalı soyqırımına həsr olunmuş videoçarx təqdim olunub.