26 fevral 2022 08:08
677

Meksika, Kolumbiya və Peru paytaxtlarında “Xocalıya ədalət” çağırışı

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 25 fevral tarixindən başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunur.

“İki sahil” xəbər verir ki, lövhələrdə paytaxt Mexikonun Tlakskoake parkında Xocalı qurbanlarının xatirəsinə 2012-ci ildə ucaldılmış abidənin təsviri, “Azərbaycana qarşı cinayət”, “Xocalıya ədalət”, “30 il” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi və loqosu təsvir olunub.

Adıçəkilən şəhərlərin sakinləri bir həftə ərzində lövhələrdə yer almış QR kod vasitəsilə "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edir.