Gürcüstanda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı tanıtım aksiyası keçirilir.
“İki sahil” xəbər verir ki, aksiya Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində təşkil olunub.
Aksiya zamanı Azərbaycan şirkətlərinə məxsus və üzərində ingilis dilində "Xocalıya ədalət" yazısının əks olunduğu 4 ədəd kiçik həcmli yük avtomobili Tbilisinin mərkəzi Azadlıq meydanında dövrə vuraraq hərəkətə başlayıblar.
Avtomobillər gün ərzində Tbilisi, Rustavi və Marneuli şəhərlərində əhalinin və nəqliyyatın sıx olduğu küçələr, prospektlər və meydanlardan keçəcəklər.