26 fevral 2022 15:10
611

Yardımlıda  Xocalı soyqırımı anıldı

Azərbaycanın müqəddəs guşəsi hesab olunan Xocalıda erməni vandalların xalqımıza qarşı   törətdiyi  soyqırımından 30 il vaxt keçir.  Bu münasibətlə  bütün respublikamızda olduğu kimi  dağlar diyarı  Yardımlıda  da rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, ictimai-siyasi təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilərin iştirak  ilə  tədbir keçirildi. Tədbirə qatılanlar əvvəlcə Şəhidlər xiyabanında oldular, burada şəhidlərin əziz xatirələrinə dərin ehtiramlarını bildirib və önünə gül-çiçək dəstələri qoydular.  Daha sonra Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə  dağlar diyarında  silsilə tədbirlərin təşkilini, həmin  tədbirlərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlərin gənc nəslə çatdırdığınııl bildirib dedi:-   Ulu Öndər Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Xocalı soyqırımına hüquqi-siyasi qiymət verildi.  Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırıldı,  “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması istiqamətində kompleks tədbirlər  görülüb və indidə görülməkdədir.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü